Cəmiyyət

DYP-dən cərimələrin ləğviylə bağlı Kamran Əliyev-dən

"Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib".

Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin Yol Polisinin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyi məktubdan danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:

"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni, həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək inzibati xətalar məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.

Kamran Əliyev qeyd edib ki, həmin vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb:

"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.

Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər