Şou
Şou
Rihanna ərəb sevgilisindən hamilə qalıb? - Fotolar
Dünyaca məşhur müğənni Rihannanın nənə və babasının şərəfinə qurduğu "Klara Lionel” xeyriyyə cəmiyyəti ənənəvi məclisini bu il də təşkil edib.
"MUMTV.az” xarici mətbuata istinadən xəbər verir ki, təhsil, sağlamlıq kimi mövzularda ehtiyacı olanlara yardım edən cəmiyyətin dəbdəbəli tədbirinə dünyanın məşhur simaları qatılıb.
Qırmızı xalıda obyektivlərə poz verən Rihannanın görüntüsü yeni iddialara səbəb olub. Belə ki, ifaçının qarnındakı şişlik onun hamilə olması barədə söz-söhbətlər yaradıb.
Qeyd edək ki, Rihannanın ərəb sevgilisi, milyarder Hassan Cəmillə toy hazırlıqlarına başladığını deyilirdi. Hasan Cəmil "Toyota" şirkətinin Səudiyyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.
Əsmətxanım