Şou
Şou
Engin Altan Düzyatan tarixi serialda
Türkiyəli aktyor Engin Altan Düzyatan "TRT 1” kanalında yayımlanacaq "Barbaros Hayreddin Paşa” serialında rol almağı qəbul edib.
Mumtv.az Axşam.az-a istinadən xəbər verir ki, yanvarda izləyicilərə təqdim olunması planlaşdırılan ekran işi üçün aktyor saqqalını uzatmağa başlayıb.
Daha öncə "Diriliş Ertuğrul”da rol alan aktyor yeni layihəsi üçün həyəcanlı olduğunu bildirib.
Qeyd edək ki, serialda rol almaq daha öncə Çağatay Ulusoya təklif olunmuşdu.