Şou
Şou
“Gündə 10-15 restorana gedib…” – Rəqqasə Fatimə
Rəqqasə Fatimə Fətəliyeva ARB telekanalında yayımlanan "Elgizlə izlə” proqramının qonağı olub.
Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, atası rəhmətə getdikdən sonra hər şeyini itirən Fatimə əziyyətlə övladlarını böyütdüyünü deyib: "Elə bir ailədə böyümüşdüm ki, hər şeyimiz var idi. İnsan bilmir başına nə gələcək. Atam rəhmətə getdi, pis günə qaldıq. Hər şeyimizi itirdik. Kirayədə qalırdıq. Ağıllı qadınam. Müğənnilər var ki, nələr qazanıblar, amma kirayədə yaşayırlar. Mən isə işləyirdim, pulları ütüləyib yığırdım. Belə-belə yığıb ev aldıq. Anam qazanmırdı, mən əziyyətlə qazanırdım. Gündə 10-15 restorana gedib, oynayırdım. Qaça-qaça çatdırmırdım. Bununla övlad böyütdüm".