Sosial

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK – Yol polisindən XƏBƏRDARLIQ
 
 
 
 
 
 
 
 

 
 
 
 

Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.

Ümumiyyətlə belə halların qarşısını almaqdan ötrü sürücülərə cərimələr tətbiq edilirmi?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a məlumat verib.

"Təbii ki, biz hər zaman olduğu kimi, hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar. Yağışlı hava ilə əlaqədar yollarda su gölməçələri yaranır. Sürücülərə dəfələrlə xəbərdarlıq edilir ki, yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar, sürət həddini azaltsınlar. Hərəkət iştirakçıları unutmasınlar ki, çirkli suları piyadaların üzərinə sıçratmaq yolverilməzdir. Eyni zamanda, piyadalara da bildirilir ki, hava şəraitinin yağışlı olmasını nəzərə alıb, geyimlərinə fikir versinlər. Sutkanın qaranlıq  vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı geyimlər geyinsinlər. Çünki ən azından sürücüləri də nəzərə almaq lazımdır. Gecə vaxtı qara paltar geyinmiş piyadanı sürücü bəzən görmür, nəticədə isə yol nəqliyyat hadisəsinin baş verməsi halı qaçılmaz olur”.

 

Rüfət Quliyev bildirib ki, sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki,  bu qaydanı pozan hər kəsə  40 manat miqdarında cərimə tətbiq olunacaq”.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər