Sosial

Azərbaycanda işgəncədən 30 nəfər ölüb? - BƏYANAT
 
 
 
 
 

 
 
 
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb.
 
 
Komitədən APA -ya daxil olan bəyanatda qeyd olunub ki, son günlər bəzi şəxslər komitə adından istifadə edərək açıqlamalar verir, təşkilatın adına ləkə gətirir: "Özlərini "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlandıran qurum bizim komitənin adından sui-istifadə edir. Həmin ad altında birləşən şəxslər mətbuat konfransı keçirərək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından həqiqətə uyğun olmayan bəyanatlar veriblər. Onlar bizim komitənin adından istifadə etməklə özlərini reklam edir, İşgəncələrə qarşı Komitənin imicinə zərər vurmaq istəyir. Bildiririk ki, həmin adamlar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri deyil və bizim komitənin adından heç bir bəyanat yaya bilməzlər. Biz işgəncələrə qarşı mübarizə aparan təşkilatıq, mütəmadi olaraq işgəncə faktlarının araşdırılması ilə bağlı məşğuluq. Bildiririk ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi işgəncə faktları ilə bağlı heç bir bəyanat verməyib. Bir qrup şəxs özbaşına yığılaraq bizim təşkilatın adından tədbir keçirib və orada ağlasığmaz bəyanatlar verib, guya Azərbaycanda 30 nəfərdən artıq şəxsin işgəncədən dünyasını dəyişdiyini bəyan edib. Həmin şəxslər bu cür iyrəncliklə özlərini reklam etmək, ictimaiyyəti çaşdırmaq istəyirlər. Onlardan soruşmaq lazımdır ki, hansı əsasla, hansı statistikaya əsaslanaraq belə bir fantastik rəqəm açıqlayıblar. Bu cür insanlar müəyyən qruplaşma halında toplaşaraq ermənipərəst qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kompaniyası aparır, Azərbaycan dövləti və dövlətçiliyinə qarşı çıxırlar".
 
Bəyanatda həmçinin qeyd edilir ki, həmin şəxslər təşkil etdikləri qanunsuz yığıncaqda Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarını "erməni" adlandırmaqla polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir ediblər.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər