Sosial

Kirayə qalanlara XƏBƏRDARLIQ: CƏRİMƏLƏNƏCƏKSİNİZ!

 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.

Nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir: "Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin saytında onlayn xidmət də yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər".

 

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Yəni, oteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qanunun bu tələbi daimi olub: "Əvvəllər qismən də işləyirdi. Bəzi strukturlara sənəd təqdim olunanda müvəqqəti yaşadığı yer üzrə qeydiyyatdan keçmək tələb olunurdu. Deyək ki, hansısa rayonda qeydiyyatda olan şəxs Bakıya gəlib işləyəndə paytaxtdakı bəzi qurumlar ondan həmin sənədi tələb edirdi. İndi marrifləndirici işlərin aparılmasının güclənməsinin, bu mövzu ətrafında müzakirələr aparılmasının səbəbini bilmirəm.

Qanuna görə, əgər siz 60 gündən artıq müddətə başqa bir ünvanda müvəqqəti yaşamaq niyyətindəsinizsə, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlisiniz. İndi bölgələrdən gəlib Bakıda əmək fəaliyyəti ilə məşğul olub, kirayə evlərdə yaşayanlar var. Onlar ən azı ayda bir dəfə öz evlərinə gedib-gəlirlər. Faktiki olaraq onlar 60 gündən az müddətə burada qalırlar. Ona görə də bu qaydanı həmin şəxslərə tətbiq etmək olmaz. Lakin bölgələrdən gəlib Bakıda 60 gündən çox fasiləsiz qalan şəxslər, qanuna görə, mütləq qeydiyyatdan keçməlidirlər. Bu, kirayə evlərdə qalanlara da aiddir, mehmanxanada qalanlara da. Eyni zamanda, Bakıdan bölgələrə gedib orada qalanlara da tətbiq olunur. Daxili İşlər Nazirliyi bu məsələ ətrafında vətəndaşlara geniş izahat verməlidir ki, yanlış yozulmalar olmasın və kimlərsə bundan sui-istifadə etməsin.

Bundan başqa, məsələn, Şəkidə qeydiyyatda olmayan şəxs Şəkiyə gedib orada oteldə 10-15 günlük qalırsa, həmin otel rəhbərliyi həmin şəxslərin qeydiyyatı əsasında onların burada qalacağını Daxili İşlər Nazirliyinə məlumat verməlidir".

Ekspert A.Allahverənov bildirib ki, bu qeydiyyatın aparılması haqda maarifləndirici məlumatların yayılması DİN-dən daha çox başqa qurumlara lazımdır: "Fikrimcə, bu məlumatlar Daxili İşlər Nazirliyi üçün yox, digər strukturlar üçün əhəmiyyətlidir. Məsələn, Dövlət Statistika Komitəsi ölkə əhalisinin hərəkət dinamikası ilə bağlı uçot aparır. Əmək resurslarının bölüşdürülməsi, ölkə əhalisinin yerdəyişməsi və bunun əmək bazarı ilə əlaqələndirilməsi baxımından bu məlumatlar vacibdir. Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi bu gün əmək bazarı və əmək resurlarının idarə olunması ilə bağlı müəyyən proqnozlar verir. Biz hər yerdə urbanizasiya barədə danışırıq, paytaxta güclü axın var. Bu da bölgələrdə əmək resurslarının tükənməsinə gətirib çıxarır. Beləliklə, Dövlət Statistika Komitəsinin və ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bu qeydiyyatı aparmaq səlahiyyəti olmadığı üçün, Daxili İşlər Nazirliyi müvəqqəti qeydiyyatda olanların məlumatlarını toplayıb digər strukturlara ötürür, onlar da bunun əsasında dövlət strategiyasını müəyyənləşdirirlər"./XeberEkspress

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər