Siyasət

Hikmət Çətin Prezidentə məktub yazdı
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Mumtv.az bildirir ki, məktubda deyilir:

"Ermənistanın ölkənizə hərbi təcavüzünə qarşı mübarizədə qazandığınız strateji, siyasi və hərbi qələbələriniz münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyiniz və komandanlığınız ilə düşməni ağır itkilərə məruz qoyan Azərbaycan Silahlı Qüvvələri yenilməz olduğunu sübut etdi. Bütün bu qələbələr isə beynəlxalq hüquq çərçivəsində, mülki hədəflərə heç bir ziyan vurulmadan əldə edilib.

 

Qardaş Azərbaycan xalqının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasını bayram kimi qeyd etməyə hər cür haqqı var. Türkiyə xalqı erməniləri torpaqlarınızdan qovub çıxarmaqla bağlı ölkənizin ədalətli və haqlı mövqeyinin müdafiəsində daim Sizin yanınızda olub. Həmişə inanmışam ki, qarşı tərəfdən həm sərt, həm də yumşaq güc baxımından üstün olsanız qalib gələcəksiniz. Siz təcavüzkar Ermənistanı məğlub etməklə Türk millətinə də böyük hədiyyə etdiniz. Buna görə Sizə minnətdarıq.

Biz dünya ictimaiyyətinə bununla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çox vacib onlayn müzakirələr təşkil edir və birgə bəyanatlar yayırıq. Mərkəzdə fəaliyyətimizi əlaqələndirmək üçün həmsədrlərimiz və Baş katibimizlə gündəlik olaraq əlaqə saxlayırıq. Səkkiz il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafının və beynəlxalq səviyyədə tanınmasının şahidi olmuşam. Bütün bunlar məhz Sizin dəstəyiniz və sadiqliyiniz, eləcə də həmsədrlərimizin fədakarlığı sayəsində mümkün olub.

İndi Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi hüquqi statusunu bərpa etmək istiqamətində çalışaraq qələbələrinizi möhkəmləndirməyin vaxtıdır. Bu, Sizin Ermənistanın son hərbi təcavüzünə qarşı məharətlə nümayiş etdirdiyiniz müdrik diplomatiyanın davamı olacaqdır. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş hərtərəfli atəşkəs razılaşması ölkənizə bütün torpaqlarınızı, nəhayət geri qaytarmaq imkanı verir.

Bütün dualarımız və düşüncələrimiz Sizinlədir. Qoy, Sizin müdrik rəhbərliyiniz Azərbaycanı azadlıq, ədalət və tərəqqi yolunda yeni zirvələrə doğru irəli aparmaqda davam etsin.

Ən xoş arzularla,

Hikmət Çətin

1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri,

Türkiyə Böyük Millət Məclisinin 20-ci sədri”.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər