Siyasət

Bakı hərbi və diplomatik cəbhədə şərtləri diktə edir: işğalçının qaçmağa yeri qalmadı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Moskvada XİN rəhbərlərinin 11 saatlıq gərgin görüşündən sonra humanitar atəşkəslə bağlı razılıq əldə olundu. Hərçənd, nazirlər təkcə bu atəşkəsin bağlanması üçün 11 saat ərzində müzakirələr aparmayıb və bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı ciddi danışıqların getdiyi məlumdur.

Detallar məlum deyil, lakin o məlumdur ki, hərbi cəbhədə işğalçı ölkəni darmadağın edən, status-kvonu da, təmas xəttini də ləğv edən Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi prinsipindən geri çəkilmir. Bu kontekstdə Moskvadakı bağlı qapılar arxasında işğalçı ölkənin beynəlxalq hüquqa uyğun qoşunlarını Azərbaycan ərazilərindən çıxarılması məsəlsinin üzərində dayanıldığı şübhəsizdir.

Ermənistan buna məcburdur və 30 ildrn sonra işğalçını hüquqa əməl etməyə məcbur edən faktor da Azərbaycan Ordusu, Azərbaycan Prezidenti İlham Əliyevdir.

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhaliyə atəş açmasına cavab olaraq, başlanan əks-hücum nəticəsində işğalçı ölkə darmadağın edildi. Cəbrayıl şəhəri, Suqovuşan və Horadiz qəsəbəsi, eləcə də 30-a yaxın kənd və strateji əhəmiyyətli yüksəkliklər azad edildi, Ermənistan ordusunun minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və ələ keçirildi.

Hərbi cəbhədə uğurlar əldə olunanda Fransa, Almaniya və digər ölkələrdən beynəlxalq hüquqa ziddi şəkildə Azərbaycana qarşı bu və ya digər formada təzyiqlər edildi. Lakin Prezident İlham Əliyev milli maraqlarımızdan bir addım belə geri çəkilmir, diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır, Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Burada əsas sual belədir: Azərbaycan "humanitar atəşkəs”ə niyə getdi?

1. Azərbaycan sülh tərəfdarıdır, Prezident İlham Əliyev də bəyan etdi ki, həyata keçirilən hərbi əməliyyatların bir məqsədi var, o da işğalçı ölkəni ərazi bütövlüyü prinsipi çərçivəsində sülhə məcbur etməkdir.

2. Məqsəd hərbi cəbhədəki uğurlarımızın diplomatik cəbhədə də təmin edilməsi, gücləndirilməsidir. Diplomatiyada səhvə yol vermək hərbi üstünlüyümüzün də əldə çıxması təhlükəsini yarada bilər. Bu baxımdan, Azərbaycanın humanitar atəşkəsə birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Azərbaycan lideri prosesləri incəliklə hesablayır və buna uyğun davranır. Prezident İlham Əliyev "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” sözləri də bu deməkdir.

3. Azərbaycan Ermənistana son şans verdi. Bu o deməkdir ki, Azərbaycan məsələnin sülhlə həllinin tərəfdarıdır və işğala son qoyulacağı təqdirdə, silhlar susacaq, əks təqdirdə, söz Azərbaycan ordusunundur.

4. Ermənistana son şans verilməsi Bakının əlini gücləndirdi, çünki ya ərazilərin qaytarılması ilə bağlı Azərbaycanın diktə etdiyi şərtlər yerinə yetirilməlidir, ya da Azərbaycan Ordusu hərbi yolla işğala son qoyacaq. İşğalçı ölkə faktiki olaraq çıxılmaz vəziyyətdədir.

Bütün bunlar humanitar atəşkəs hərbi əməliyyatların dayanması yox, işğala son qoyulmasını daha da tezlədirəcək manevrdir. Çünki Ermənistanın şərtlərə əməl etməməsi bu ölkənin aqressor və işğalçı olduğunu növbəti dəfə götərəcək və Azərbaycan bu amildən istifadə edərək, hərbi əməliyyatları daha genişmiqyaslı və sürətli şəkildə həyata keçirəcək.

Bu proseslərin fonunda 14 günlük hərbi əməliyyatların hərbi və diplomatik cəbhədə daşları tamamilə yerindən oynatdığı diqqət çəkir.

- Mövcud status-kvo ləğv olundu. Bunu həmsədr dövətlər, yaxud üçüncü bir ölkə yox, Azərbaycan etdi və bundan sonra nə işğalçı, nə də başqa bir ölkə Azərbaycanın qarşısında heç bir şərt, yaxud tələb irəli sürə bilməyəcək;
- Təmas xətti dağıdıldı və Ali Baş Komandan bəyan etdi ki, yeni təmas xəttindən söhbət gedə bilməz. Bu o deməkdir ki, ərazilərimiz azad olunmayana qədər heç bir atəşkəs olmayacaq;
- Azərbaycan diktə edən tərəfə çevrildi. İstər hərbi cəbhədə, istərsə diplomatik masada hər şey Bakının tələbləri və şərtlərinə uyğun həll olunacaq;
- 30 ildir "münaqişənin hərbi həlli yoxdur” tezisi aradan qalxdı və işğalçı ölkənin qarşısında "ya sülhlə qaytaracaqsan, ya müharibə ilə qaytarılacaq” seçimi qoyuldu;
- Hərbi əməliyyatlar regionda siyasi şərtləri Azərbaycanın xeyrinə dəyişdi;
- Xalq Azərbaycan Prezidentinin ətrafında birləşib və heç bir ölkə bu birliyin qarşısında dayana bilməz;

Bütün bunlar Prezident İlham Əliyevin dəqiq və düşünülmüş siyasətinin nəticəsidir.

Bu siyasətin nəticəsində hazırda işğalçı Ermənistan sağalması onillər tələb edən zərbələr alıb.

14 günlük hərbi əməliyyatların nəticəsi bunun əyani sübutudur.

Düşmənin 2300-dən çox canlı qüvvəsi məhv edilib. Ermənistan mediası və sosial şəbəkələrdə erməni istifadəçilər 5 min hərbiçinin yoxa çıxdığı haqqında yazırlar. Düşmən ölkənin ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır.

Cəmi 14 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusu darmadağın edildi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri məhv edildi, xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana yeni ordu qurması üçün onilliklər lazım olacaq. İşğalçı ölkə məhv edilmiş və ələ keçirilmiş silah-sursat üçün milyardlarla dollar vəsait xərcləmişdi.

Hərbi əməliyyatlar Ermənistanın işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşmasına son qoydu. Bundan sonra ermənilər onların olmayan torpaqda yaşamaq istəməyəcək və Azərbaycan torpaqlarını özləri tərk edəcək.

Ermənistan iqtisadiyyatına da ziddi zərbələr dəyidi. Ermənistanın və diasporanın işğal olunmuş ərazilərə qoyduğu investisiylar havaya sovruldu və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan isə özünü və ölkəsini biabır etdi. O, hərbi əməliyyatların dayanması üçün dünya liderlərinə zəng edir, özünü biabırçı vəziyyətə salırdı, lakin heç bir cəhdi baş tutmadı, əksinə beynəlxalq səviyyədə hörmətdən düşdü. Bununla yanaşı, mülki əhaliyə hücum edən işğalçı ölkənin anti-humanist, faşist siyasəti də ifşa olundu.

Hərbi əməliyyatlar nəticəsində azad olunan Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklərin hər biri strateji əhəmiyyətə sahibdir. İndi həmin torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərn müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su ambarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su problinin həlli istiqaməsində ciddi addım atıldı.

Ən əsas da Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini beynəlxalq ictimaiyyətin bir nömrəli məsələsinə çevirdi və artıq hər şey işğala son qoyulmasına doğru gedir. Azərbaycan həm də mənasız vasitəçilik prosesini alt-üst etdi və bundan sonra danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar. Türkiyə də region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır.

Humanitar atəşkəs isə hələ müharibənin başa çatması demək deyil. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.

Bu, işğalçı ölkənin son şansıdır. İndi bütün şərtləri Azərbaycan diktə edir və əsas şərt işğal altındakı ərazilərin tezliklə azad edilməsidir. Ermənistanın buna əməl etməməsi daha ağır zərbələrlə üzləşməsi demək olacaq.

(Teleqraf.com)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər