Siyasət
Düşmən mülki şəxsləri və infrastruktur obyektlərini hədəf alır
Azərbaycan tərəfində olan məlumatlara görə Ermənistan beynəlxalq qanunlara məhəl qoymadan Gorus, Berd, Vardenis, Cermux rayonlarından Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən ərazilərinə raket atılıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərdə yaşayan əhaliyə qızğın döyüşlərin getdiyi yerlərdən uzaq durmaları barədə xəbərdarlıq edilib:
"Ermənistan isə məqsədli şəkildə mülki şəxsləri və infrastruktur obyektlərini hədəf alır. Bunun nəticəsində sentyabrın 27-dən bu günə qədər 24 mülki şəxs ölüb, 121 nəfər yaralanıb. 300-dən çox ev və mülki obyektlərə ciddi ziyan dəyib. Ölənlər arasında qadınlar və uşaqlar da var".