Siyasət

Azərbaycanın Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb.

Mumtv.az bildirir ki, görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması, mədəni irsin qorunması sahəsində Macarıstan ilə təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulub. 

Həmçinin bu ilin noyabr ayında mədəni irsin rəqəmsallaşması ilə bağlı Macarıstanın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq onlayn konfransda Azərbaycan tərəfinin iştirakının vacibliyi vurğulanıb. 

 

A.Kərimov Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsində Macarıstanın dəstəyini yüksək qiymətləndirib. Görüşdə həmçinin Macarıstanın Türk Şurasına daxil olmaq istəyi ilə bağlı müzakirə aparılıb. 

Sonda A.Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca yeni təxribatları haqqında diplomata məlumat verib. Bildirib ki, düşmən təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyur, dinc sakinləri qətlə yetirir. Ermənistanın son hücumları nəticəsində Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi ziyan vurulub.

***

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi ilə görüşdə A. Kərimov diplomata Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. 

Qeyd edilib ki, hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi böyük həmiyyət kəsb edir və Azərbaycan bu tarixi marşrut üzərində yerləşən ölkələrlə əməkdaşlığa önəm verir. 

Hazırda ölkəmizdə bir çox sahədə Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran A.Kərimov mədəniyyət sahəsində fəaliyyət göstərən şirkətlərin də sayının artması arzusunu ifadə edib.

Görüşdə eyni zamanda Yaponiyada Azərbaycan dilinin Azərbaycanda yapon dilinin təbliği ilə bağlı layihələr haqqında söhbət aparılıb. A.Kərimov qeyd edib ki, mədəni irsin qorunmasında Yaponiyanın böyük nailiyyətləri var: "Biz istərdik ki, yapon ekspertlərini ölkəmizə dəvət edək və onların təcrübəsindən faydalanaq. Həmçinin yaradıcı sənayenin ölkəmizdə inkişafı, mədəni irsin rəqəmsallaşması, mədəni sahədə əqli mülkiyyətin qorunması, özəl sektorun mədəniyyət sahəsinə investisiya qoya bilməsi ilə bağlı yapon təcrübəsi bizim üçün maraqlıdır”. 

Görüşdə Yaponiyada Azərbaycan evinin Azərbaycanda Yaponiya evinin təsis edilməsinin əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq addımların atılmasının zəruriliyi qeyd edilib. 

Sonda A.Kərimov işğalçı Ermənistanın hərbi təxribatları və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı haqlı mübarizə barədə diplomatı məlumatlandırıb.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər