Hadisə
Hadisə
Cəlilabadda dağlıq ərazidə yanğın başladı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Mumtv.az Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata əsasən bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.