Hadisə
Hadisə / Dünya
Beyrutdakı partlayışın YENİ görüntüləri DƏHŞƏT DOĞURDU
Livanın Beyrut dəniz limanında baş vermiş partlayışın yeni görüntüləri yayılıb.
Mumtv.az RT-nin məlumatına əsasən bildirir ki, həmin kadrlar "Müqəddəs Georgi Hospitalı”nda müxtəlif istiqamətlərdə yerləşdirilən müşahidə kameralarındandır.
Videoda partlayış dalğasının pəncərələri və qapıları yerindən qoparması, tavanı uçurması və insanların dağıntılar altında qalması əks olunub.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 178 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.