Dünya
Dünya
Rusiya bu ölkəyə yeni səfir təyin etdi
Rusiya Prezidenti Vladimir Putin Aleksandr Rudakovu ölkənin Livandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Mumtv.az bildirir ki, bu barədə müvafiq fərman imzalanıb.
Digər fərmanla Aleksandr Zasıpkin Rusiyanın Livandakı səfiri vəzifəsindən azad edilib.
Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrut limanında güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 170-dən çox şəxs həlak olmuş, 5 mindən çox şəxs yaralanmışdı.
(Trend.az)