Hadisə
Hadisə
Gömrükçülər narkotik vasitə aşkarladı
Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dogruxeber.az bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının "Man” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
(Teleqraf.com)