Hadisə
Hadisə / Dünya
Futbolçunu ildırım vurdu - Video
Rusiyanın paytaxtı Moskva şəhərində "Znamya Truda" klubunun 16 yaşlı oyunçusu İvan Zaborskini məşq zamanı ildırım vurub.
Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, ildırım zərbəsi Zaborskinin boynundakı metal boyunbağıya təsadüf edib. Nəticədə futbolçunun ağciyərləri ciddi zərər görüb. Vəziyyəti ağır olan futbolçu xəstəxanaya çatdırılıb. Hazırda futbolçunun komada olduğu bildirilir.
Dostları və məşqçisi onun bir neçə dəfə komadan ayıldığını, ancaq kəskin ağrılar səbəbindən yenidən koma vəziyyətinə qayıtdığını bildirib.