Hadisə
Tanışını qətlə yetirən tutuldu - RƏSMİ
İyunun 3-də gecə saat 01 radələrində Biləsuvar şəhəri ərazisində 36 yaşlı şəhər sakini Rəşad Rzayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkənin tanışı 28 yaşlı Fərid Hətəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Hətəmov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.