Hadisə
Hadisə
Bakıda mənzillərdən 56 min manatlıq oğurluq etdi, sonda...
Bakıda mənzillərdən inşaaat materialları və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
Mumtv.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1000 manat dəyərində inşaat materialları və 55.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılıb.