Hadisə
Hadisə
4 yaşlı uşaq 5 ulduzlu hotelin hovuzunda can verdi
5 ulduzlu oteldə faciə baş verib.
"MUMTV.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 4 yaşlı uşaq otelin hovuzunda boğularaq ölüb.
Hadisə Türkiyənin Özdərə şəhərində yerləşən otellərdən birində olub. Azyaşlını hovuzun dibindən çıxarıb xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin valideyn ehtiyatsızlığı səbəbilə baş verdiyi bildirilir.