Hadisə
Hadisə
Xalq artistimiz qəzaya düşdü
Xalq artisti Samir Cəfərov avtomobili ilə qəzaya düşüb.
"MUMTV.az” xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, müğənni qonağı olduğu "5/5” proqramına gecikib. Buna səbəb isə onun avtomobil ilə qəza keçirməsi olub.
Bu barədə aparıcı Zaur Kamal məlumat verib. O bildirib ki, sənətçinin avtomobili qəzaya uğrayıb.
"Konsertdən gəlirdik. Maşınımı vurdular. Bu hadisələr məndən əl çəkmir. Hələlik sağam” – deyə S.Cəfərov bildirib./Yeni Sabah