Hadisə
Hadisə
"Rəşadın ölü, yaxud sağ olduğunu bilmirik" - Qabil Hüseynli
"Rəşadın ölü, yaxud sağ olması barədə heç bir məlumat yoxdur. Təyyarə də bu gün çıxarılmalıdır".
MUMTV.az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.