Hadisə

Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 

 

Mənə qadın müraciət edərək bildirib ki, rayonun Məşyad kəndində 15 yaşlı Polad və bir yaşlı Adəm dözülməz şəraitdə yaşayır. Kəndə gedib dəhşətə gəldim, uşaqların anası evdə yox idi, ancaq atasını tapa bildim. O isə uşaqlara laqeyd davranırdı.

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquqşünas Kəmalə Ağazadə məlumat verib.

 

Onun sözlərinə görə, kişi Poladın ögey, balaca Adəmin isə bioloji atasıdır.

"Onları görəndən bəri özümə gələ bilmirəm. Orada vəziyyət eynilə Somalidə olduğu kimi idi. Evdə qaz yoxdur, qaldıqları yer antisanitar şəraitdədir, həyətdə tonqal qalayıb makaron bişirirlər. Qoxu, kir, hər yerdə milçəklər uçur...”, - K.Ağazadə deyib. 


O bildirib ki, Polad xəstədir, başında infeksiyadan yaralar var:

"Bunun nə infeksiya olduğu bilmirəm. Bəlkə, herpes ya da göbələk xəstəliyidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, bu ailə əvvəllər Bərdə rayonunda yaşayıb, sonra bura köçüblər:

"Ögey atası Poladı gündəlik yeddi manata heyvan otarmağa məcbur edib. Buna görə də Polad üçüncü sinifdən sonra məktəbə getməyib. O, təhsilini davam etdirmək istəsə də, atasının təhdidlərinə görə bunu edə bilmir. Atasının ona mütəmadi olaraq təzyiq etməsindən bezib, bu səbəbdən tez-tez evdən qaçaraq qəbiristanlıqda gizlənir. Uşaq belə yaşamalıdırmı?”

Qonşuların sözlərinə görə, Poladın bioloji atası yaxşı insan olub, Gəncəyə köçərkən oğlunu da aparmaq istəsə də, anası buna qarşı çıxıb. İndi atası barədə dəqiq məlumat olmasa da, ağır xəstə olduğu məlumdur.

 

"Azərbaycanda doqquzuncu sinfə kimi təhsil icbaridir. Amma heç kim maraqlanmır ki, Polad niyə məktəbə getmir. Anası Poladı müalicə etdirməyə çalışsa da, regional xəstəxanalar bundan imtina ediblər. Onlar rayon icra hakimiyyəti rəhbərliyi ilə görüşmək istəsələr də, onları heç qapıya yaxın buraxmayıblar”, - K.Ağazadə əlavə edib.

K.Ağazadə bildirib ki, həmin ailənin yaşadığı daxmaya girərkən uşağın yerdə süründüyünü görüb:

"Qazın olmamasına görə ev çox soyuq idi. Uşaq titrəyirdi, soyuqdan göyərmişdi. Ac olduğu, zəif qidalandığı üçün milçəklər onun üzərində gəzəndə belə reaksiya verə bilmirdi. Bu cür valideynləri valideyn hüququndan məhrum etmək lazımdır.Uşaqlara yalnız qonşular yemək verir. Anaları isə onlara baxmır. Bu uşaqlara tibbi yardım göstərilməlidir”.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər