Hadisə
Hadisə
Moskvada İstintaq Komitəsinin polkovniki öldürüldü
Rusiya İstintaq Komitəsinin müstəntiqi, polkovnik Vladislav Kapustin qurumun Moskvadakı binasında bıçaqlı hücuma məruz qalıb.
MUMTV.az-ın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident polkovnik şikayətə gələn vətəndaşları qəbul edən zaman baş verib. Belə ki, Sankt-Peterburq şəhər sakini, 39 yaşlı Sergey Qriqoryev arxadan Kapustinə hücum edərək bıçaqla zərbə endirib.
Xəstəxanaya yerləşdirilən polkovnikin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.