Hadisə
Oğul sükan arxasında qıcolma keçirdi, anasını vurdu - Lənkəranda FACİƏ
Lənkəranda 67 yaşlı Zahirə Ağayevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, avqustun 6-da axşam saatlarında qadının 42 yaşlı oğlu Zaur Ağayev "Mercedes” markalı avtomobillə həyətə daxil olarkən onda qıcolma baş verib, nəticədə idarəetməni itirib.
"Həmin vaxt Zahirə Ağayeva həyətdə oturacaqda oturubmuş, maşın onun ayaq nahiyəsinə çırpılıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb”,-Mənsurzadə əlavə edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, həmin mənzildə mərhum Zahirə Ağayeva həyat yoldaşı, iki oğlu və nəvələri ilə birgə yaşayıb./Hurriyyet.org