Hadisə
Hadisə
Bakıda poliklinikada 6 yaşlı uşaq öldü — Prokurorluq araşdırmalara başladı
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.
MUMTV.az-ın xəbərinə görə, 2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib.
Uşaq şəkərli diabet xəstəsi imiş.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır./Demokrat.az