Gündəm
Gündəm / Hadisə
Salyanda birmərtəbəli ev əşyaları ilə birlikdə yanıb külə döndü
Mumtv.az: - Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//yenisabah.az