Hadisə
Hadisə
Şirvanda 3 otaqlı ev yanıb
Şirvanda 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend