Gündəm
Gündəm / Dünya
Gürcüstanda 20 nəfər Hindistan ştammına yoluxdu
Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxanların sayı 20-yə çatıb.
Mumtv.az Virtualaz.org a istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O bildirib ki, bu gün Hindistan ştammına iki yeni yoluxma qeydə alınıb.
Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də təsdiqlənib. Bu günə qədər 18 nəfərdə Hindistan ştammı aşkarlanmışdı.