Gündəm

Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Azərbaycan və yapon seysmoloqlar Xəzər dənizində birgə tədqiqatlara başlaya bilər.

Bu barədə "MUMTV.az"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Yaponiyanın OYO şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfəri çərçivəsində RSXM-in baş direktoru Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə Q.Yetirmişli qonaqlara hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barəsində ətraflı məlumat verərək ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələr həyata keçirilməsinə dair təklif verib. Baş direktor birgə əməkdaşlığın tərəflər üçün də faydalı olduğunu bildirib.

Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və RSXM-in dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verlməsinə də toxunulub.

OYO şirkətinin vitse-prezidenti Toti Hakada Xəzər dənizində birgə əməkdaşlıqla bağlı təklifi müsbət qarşılayaraq bu istiqamətdə layihənin hazırlanmasının mümkün olduğunu deyib.

Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə də müsbət təsir göstərəcəyini deyib.

Görüşdə Toti Hakada RSXM-in baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək Beynəlxalq Seysmoloji Simpoziuma dəvət edib. Dəvət RSXM-nin baş direktoru tərəfindən qəbul edlib. Həmçinin tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihazlar və texnologiyalara dair də fikir mübadiləsi aparıblar./YeniSabah


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər