mumtv.az
mumtv.az

Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verdiyi müsahibədə mühüm bəyanatlar səsləndirib

Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verdiyi müsahibədə mühüm bəyanatlar səsləndirib
18-05-2021, 15:16 71 dəfə baxılıb

Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verdiyi müsahibədə mühüm bəyanatlar səsləndirib

Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verdiyi müsahibədə mühüm bəyanatlar səsləndirib

Azərbaycan hazırda özünün ən mühüm tarixi mərhələsini yaşayır. Baş verən proseslər isə bütövlükdə böyük bir siyasi-iqtisadi və tarixi hadisənin ayrı-ayrı hissələridir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vahid və sistem xarakterlidir. Bu mənada dövlət başçısının mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərini də xüsusilə vurğulamaq olar. Bu, cənab Prezidentin Naxçıvana sayca 15-ci səfəri idi. Bu səfərlər sadəcə protokol xarakteri daşımayıb. Hər bir səfər taleyüklü problemlərin həllinə xidmət edib. Eyni zamanda regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan son 20 il ərzində iqtisadi artımın templərinə görə ən öndə dayanan bölgələrimizdəndir. Muxtar Respublikada ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlayıb. Eyni zamanda Naxçıvanın hərbi potensialı artıb. Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradıldı. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Xüsusilə qeyd edək ki, Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılması mühüm əhəmiyyət kəsb edir. Ermənistanın Vətən müharibəsi dövründə "ikinci cəbhə” açmaq həvəsini yerindəcə boğulmasını təmin edib. Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var. İkinci Qarabağ müharibəsində Naxçıvan hərbçiləri, xüsusi təyinatlılar və digər birləşmələrin hərbçiləri fəal iştirak edib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb.

Səbuhi Kərimov-Yeni Azərbaycan partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri



Bəzi qüvvələr və dövlətlər yenidən bölgədə sabitliyin pozulmasında maraqlı görünür

Mühüm məsələ Azərbaycanı istəməyən dövlətlərin ölkəmizin milli maraqlarına qarışmasıdır. Cənab Prezidentimiz daim çox qəti şəkildə bildirib ki, Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki dövlət deyil. Hər hansı ölkələr bizə hansısa tövsiyələr verə bilməz. Ölkə başçısı bəzi siyasətçilərin Dağlıq Qarabağın, olmayan qurumun statusu haqqında fikirlərinə də münasibət bildirərək, qeyd edir ki, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Bununla da cənab İlham Əliyev həmin ölkələrin nəzərinə çatdırır ki, erməni diasporunun əlində alətə çevrilməkdənsə, həm öz dövlətinizin, həm də bölgənin maraqlarını əsas götürsünlər. Əfsuslar olsun ki, bəziləri hələ də noyabrın 10-da imzalanmış bəyanatı "Atəşkəs haqqında sənəd kimi” qələmə verir. Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələyə münasibət bildirən ölkə başçısı qeyd etdi ki, bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Ona görə də bu gün bəzi təhlükəli yanaşmalara, ifadələrə rast gəlirik, bəzən buna fikir vermirik, ancaq hər bir ifadənin öz siyasi mənası və ağırlığı var. Bu baxımdan da belə həssas məqamda hər birimiz bu məsələyə ciddi fikir verməliyik. Xüsusilə də beynəlxalq səviyyəli görüşlərdə, konfrans və dinləmələrdə, hazırlanan sənədlərdə yazılan ifadə və fikirlər diqqətdə saxlanılmalıdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Naxçıvan böyük turizm potensialına malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında "Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik” fikirlərini səsləndirmişdir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ölkəmizin cənənt guşələrindən olan Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.
Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur dəhlizinin açılmasının planları da ərazinin bu sahədə daha çox inkişafının təminatçısıdır.

Əlvan Muradov – İsaqbağı kənd sakini, ağsaqqal



Naxçıvanın infrastruktur layihələri şaxələnir

Azərbaycanın geostrateji baxımdan çox əhəmiyyətli bir regionu olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən infrastruktur layihələri və inkişaf proqramları burada uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün güclü bazanın formalaşmasına yol açıb. Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikada daxili imkanlardan səmərəli və qənaətlə istifadə olunması, mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilməsi yüksəlişi təmin etməklə yanaşı, çoxsaylı yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişaf etdirilməsinə, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılmasına geniş imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, muxtar respublikada bütün işlər təxirəsalınmadan ardıcıl olaraq davam etdirilir, diyarın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, insanların rahatlığı, firavan yaşayışı üçün kompleks tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir.
Ali Baş Komandan cənab ilham Əliyevin rəhbərliyi ilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Naxçıvan Muxtar Respublikası ilə bir başa quru yolla əlaqənin yaranması təmin ediləcəkdir.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal



"Asan” və "Dost” mərkəzləri ölkəmizdə vətəndaş məmnunluğu göstəricilərinin, eləcədə ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayır

"Asan” və "Dost” mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik islahatların təzahürüdür. "Asan xidmət” və "Dost” mərkəzləri ictimai xidmətlər sahəsində çox önəmli təsisatdır və ölkəmizdə hazırda 7 "Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur ki, bununla da "Asan xidmət” mərkəzlərinin sayı 27-ə çatacaq. May ayının 10-da Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan şəhərində "Asan xidmət” mərkəzinin binasının tikintisi ilə tanış olub.
DOST mərkəzlərinin isə 2025-ci ilə kimi 16 regional və 46 rayon üzrə qəbul filiallarının açılması nəzərdə tutulur. Növbəti "DOST” mərkəzi yaxın vaxtlarda Abşeron rayonunda açılacaq. Bərdə, Quba, Sabirabad rayonlarında, Sumqayıt, Gəncə şəhərlərində də DOST mərkəzlərinin yaradılması işləri aparılır. Bu da sosial təminat və pensiya təminat sahələrində növbəti uğurlu addımdır.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası, cənab Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılaraq 2019-cu ilin may ayında açılışı olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) dövlət sosial xidmətlərinin modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına və "bir pəncərə”dən təqdim edilməsinə imkan verir. 2019-2020-ci illərdə paytaxtda 3 DOST mərkəzinin, 2021-ci il martın 30-da isə dövlət başçısının iştirakı ilə 4 saylı DOST Mərkəzinin açılışı olmuşdur. DOST mərkəzləri tərəfindən 350 mindən çox vətəndaşa xidmət göstərilmiş, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 97,2% olmuşdur.
Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi



Ulu Öndər Heydər Əliyevin irsi tədqiq olunmalıdır

Ulu Öndər Heydər Əliyevin ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm, həyatımı ən xoşbəxt adam kimi başa çatdıracağam. Məhz, buna nail olmağa çalışıram və çalışacağam”. Bu fikirlər Ulu Öndər Heydər Əliyevin ülvi, müqəddəs həyat amalı, ideyaları, həyat fəaliyyətinin meyarı, ölçü vahidləri idi.
Belə bir zəngin ideya irsinin xalqın bütün təbəqələri arasında, xüsusən yetişən nəslin ideya aləminin formalaşmasında necə bir mahiyyətə və əhəmiyyətə malik olduğu şübhəsizdir. Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi siyasətin mahiyyəti böyüməkdə olan nəsillərə daha dərindən çatdırılmalı, Müstəqil Azərbaycan dövlətinin, onun ən böyük əsəri olduğu aşılanmalıdır.
Ulu Öndər Heydər Əliyevin ideyalarını əqidəyə çevirmək, bu əqidəni yetişən nəslin ruhuna hopdurmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın mənafeyi uğrunda fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suveren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq qarşımızda duran mühüm, ümdə vəzifədir.
Heydər Əliyev ideyalarının, irsinin əzəmətini, böyüklüyünü başa düşməyin bünövrəsi, əsası ibtidai siniflərdə qoyulur. Müəllimlər bu işdə mümkün qədər daha sistemli və ardıcıl çalışmalıdırlar. Bilmək lazımdır ki, şagirdlərin Ulu Öndər Heydər Əliyevin nümunəsində tərbiyəsinin ibtidai təhsil illəri üçün perspektiv planlaşdırma təcrübəsi gündəlik iş kimi adi hala çevrilməlidir. Məhz, ibtidai siniflərdən başlayaraq yorulmaz, zəhmətkeş, valeh edici dərəcədə çalışmaq qabiliyyəti olan bir insan kimi Heydər Əliyevin obrazını açıb göstərmək lazımdır. Onun Azərbaycan məmləkəti adlanan doğma Vətən, yurd təəssübkeşliyi, xalqa, vətənə vurğunluğu, sədaqəti haqqında uşaqlara bu yaşlardan başlayaraq ardıcıl əsaslı bilik və məlumatlar vermək lazımdır. Bu böyük şəxsiyyətin azərbaycançılıq, dövlətçilik uğrunda apardığı mübarizənin çətin, keşməkeşli yolunu kiçik yaşlı məktəblilərin başa düşəcəyi bir dildə öyrətmək lazımdır. Ümummilli liderin humanizm, sülh, insanlar və xalqlar arasında münasibətləri düzgün qurması, dostluq və əməkdaşlıq nümunəsi ibtidai sinif şagirdlərinin yaş və bilik səviyyəsinə uyğunluğu nəzərə alınmaqla öyrədilməlidir. Bütünlükdə Heydər Əliyevin həyat nümunəsi, siyasi-ictimai fəaliyyəti, yaradıcılıq irsi, pedaqoji və metodiki əsasları müəyyənləşdirməklə müntəzəm, davamlı şəkildə, lazım olduğu səviyyədə kiçik yaşlı məktəblilərə çatdırılmalıdır. Heydər Əliyev Mərkəzlərinin təhsil müəssisələri ilə birgə keçirdiyi belə tədbirlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması işinin təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Biz bu gün böyüməkdə olan nəsilləri Ulu Öndərin dəfələrlə ölçülüb-biçilmiş, dərk edilmiş, ətraflı düşünülmüş siyasəti sayəsində, çox əzab-əziyyətlərə qatlaşaraq, mətinlik, dönməzlik, səbr nümayiş etdirərək qurduğu Azərbaycan dövlətinə sədaqət ruhunda böyütmək üçün vasitələrdən, yollardan, imkanlardan ən yüksək dərəcədə faydalanmalıyıq. Heydər Əliyevin azərbaycançılıq ideyalarının gələcəyimiz olan övladlarımızın qanına, canına daxil olmasına, onların özlərini heç vaxt yol ayrıcında hiss etməməsinə nail olmalıyıq. Çünki, Heydər Əliyevin böyük və əzəmətli, həmişə yaşar ideyaları Azərbaycan dövləti, respublikası üçün möhkəm bünövrə, zəmanətdir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır

Ulu Öndərimizin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir Azərbaycanın yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir. Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları uğurlu gələcəyə aparan yolun başlanğıcıdır. Onların dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkan yaradır. Bu baxımdan "Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri müstəqilliyimizin ilk illərindəki Azərbaycanın bugünkü Azərbaycanla müqayisəsi fonunda daha aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun başlanğıcını qoydu. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında hər iki dövrdə dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini önə çəkərək, bugünkü uğurların təməli kimi dəyərləndirir. Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır.
Bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilən Azərbaycan kimi bir dövləti yaratmaq dahi şəxsiyyət Heydər Əliyevə nəsib oldu. 31 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanı dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyevin ideyaları qarşıdakı illər üçün də ölkəmizə biri-birindən əhəmiyyətli, daha böyük uğurlar vəd edir. Məhz bu ideyalar əsasında Azərbaycan günbəgün qüdrətlənir, güclənir, regionun və dünyanın əsas aparıcı dövlətinə çevrilir.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.” Özünün də qeyd etdiyi böyük amallar uğrunda çətin və səmərəli, müqqədəs mübarizə yoluna qədəm qoymuş Ulu öndər Heydər Əliyev xalqın gücünə arxalanaraq Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb vəzifələrin həlli üçün ölkə həyatında vacib olan işlərə dövlət intizamının, qanunçuluğun, ordunun möhkəmləndirilməsinə başladı. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Torpaqlarımızın, Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanılıb. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş olub. Bu zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olub. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin zəfərlə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Bu da möhtəşəm qələbəmiz ilə nəticələndi.
Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilib. Bir daha fəxrlə qeyd etmək istərdim ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal



Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub

Qədim tarixə malik olan Naxçıvan həm də Yaxın və Orta Şərqin ən zəngin mədəniyyət mərkəzlərindən biridir. Eyni zamanda bu şəhər Azərbaycan tarixində qədim dövlətçilik ənənələrinin yaranmasında mühüm rol oynamışdır.
Müstəqilliyimizi bərpa etdiyimiz dövrdən bu günədək muxtar respublika yeni inkişaf mərhələsi keçmişdir. Ağır blokada şəraitində yaşayan, əlaqələrin məhdudluğu səbəbindən ciddi problemlər yaşayan bu ərazinin 1969-cu ildən başlanan inkişaf yolu sonrakı dövrlərdə də sistemli şəkildə davam etdirilməkdədir.
İlk növbədə ictimai – siyasi sabitliyin qorunub saxlanması təmin olunmuşdur. Sürətli inkişaf edən iqtisadiyyatı təmin etmək məqsədi ilə yeni təsərrüfat obyektləri yaradılmış, şəhər və rayonlar abadlaşdırılmışdır. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər səmərəsini verməkdədir. Artıq muxtar bölgə iqtisadi artım tempinə görə son 20 ildə böyük göstəricilərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə buraya səfərləri bu inkişaf dinamikasının daha da artmasına rəvac vermişdir.
Muxtar respublikada son illərdə həyata keçirilən iqtisadi və sosial islahatlar qısa vaxtda regionun inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini yaxşılaşdırmışdır.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Azərbaycan münaqişənin müqəddəratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır

Azərbaycan tarix boyu Qafqazda ən güclü, inkişaf etmiş dövlətlərdən biri olub. 90-cı illərdə hakimiyyətdə boşluqlar, daxili çəkişmələr olduğu üçün torpaqlarımız işğal olundu və təcavüzə uğradıq. Torpaqlarımızı itirsək də azad şəkildə daxili və xarici siyasətimizi çox güclü şəkildə davam etdirdik. Güclü siyasətimiz, uzaqgörən liderimiz, xalqın iradəsi sayəsində biz o əvvəlki dövlət deyilik, qalib dövlətik.
Yeni dirçəlmiş, siyasətdən xəbəri olmayan ölkələr bizim müharibə etməklə düzgün etmədiyimizi, daxili və xarici siyasətimizdə yanlışlar etdiyimizi, hətta ölkəmizə bu istiqamətdə məsləhətlər verməkdən, təkliflər etməkdən, yol göstərməkdən çəkinmirlər. Biz özümüzü, iradəmizi, siyasətimizin gücünü bütün dünyaya sübut etdik. Fransa, Kanada kimi dövlətlərinin verdiyi bəyanatları rədd edirik. Bu hallar yolverilməz və qəbuledilməzdir. Bildirmək istəyirik ki, biz azad, firəvan ölkəyik. Xalq olaraq ölkə başçımızın verdiyi qərarların, atdığı addımların arxasında bir yumruq kimi dayanmışıq.
Həmin ölkələrə biz tövsiyə edirik ki, məsələlərə birtərəfli yanaşmasınlar. Belə yanaşmaq, fikir bildirmək həvəskarıdırlarsa, obyektiv yanaşmağa çalışsınlar. Bütün dünya Ermənistan ölkəsinin etdiyi təcavüzdən, vəhşiliklərdən xəbərdardırlar. Sadəcə özlərinə sərf etmədiyi üçün göz yumurlar. Gedin, o təcavüzkar ölkəyə deyin, məsləhət, bəyanat verin ki, beynəlxalq hüquq normalarını pozmaqdan əl çəksinlər.

Vəfa Xəlilli-"Gəncliyə Dəstək” İctimai Birliyinin sədri



Naxçıvan uğurlu inkişaf və tərəqqi yolundadır

Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın bütün bölgələri kimi qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikası da bu inkişaf yolunda uğurla addımlayır, yeni yeni nailiyyətlər əldə olunur, uğurlara imza atılır. Müstəqil Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan muxtar respublikada sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Burada yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvanın özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyinin bariz nümunəsidir. Hər yeni obyektin eyni zamanda yeni iş yerləri demək olduğunu nəzərə alsaq, bu həm də insan amilinə verilən yüksək dəyərin ifadəsidir. Ölkə başçısının son səfəri bütünlüklə onu sübut etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi: "…muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Ələkbər Kərimov – fəal gənc

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA