mumtv.az
mumtv.az

Doqquz il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır - FOTO

Doqquz il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır - FOTO
16-05-2021, 12:49 113 dəfə baxılıb

Doqquz il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır - FOTO
Tovuzda 9 il əvvəl ölən piyadanın yaxınları axtarılır.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü kilometrliyində avtomobil naməlum piyadanı vurub, piyada aldığı xəsarətdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüb.
 
Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
 
Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.
 
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA