Gündəm
Gündəm / İdman
Azərbaycan boksçusu dünyada 73-cü sırada yer alıb
Ağır çəkili peşəkar boksçuların dünya reytinqi açıqlanıb.
MUMtv.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidovun da siyahıdakı mövqeyi bəlli olub.
Həvəskarlar arasında üçqat dünya çempionumuz planetin 73-cüsüdür. Peşəkar rinqdə keçirdiyi 4 qarşılaşmada 3 qələbə qazanan və yalnız 1 dəfə uduzan Məcidovun aktivində 228,1 xal var.