Gündəm

Nazirlik fermerlərə maşın qiymətinə inək satır
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına bəzi fikirlər səsləndirib. Qurum rəsmisi siyasətçinin nazirliyin damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsəməsi ilə bağlı iddiasının əsassız olduğunu qeyd edib. Vüqar Hüseynov partiya sədrinin qeyri-ciddi, populist və məlumatsız olduğunu vurğulayıb.

Ünvanına səsləndirilən ittihamlarla bağlı fikirlərini Yenisabah.az-la bölüşən İqbal Ağazadə nazirlik rəsmisinin çox böyük bir səhv edərək belə bir açıqlama yaydığını söyləyib.

Bildirib ki, V.Hüseynov bütün etiketi normalarını pozub, barəsində seçdiyi ifadələri də düzgün seçməyib:

"Əvvəla, hər şeyin bir protokolu var. Etiket normalarının protokolunu bilmirlərsə, öyrənsinlər. Mənimlə görüşmək istəyən, yanıma gələr, daha məni harayasa çağırmaz. Mən uşağam, ya məktəbliyəm ki, harayasa çağırsın?! Adam mənimlə görüşmək istəyirsə, buyurub gəlsin. Fikirləri təhrif edərək danışır. Mənə, "Sizinlə görüşmək istəyirik, sizə bəzi sənədlər təqdim edəcəyik. Sabah zəng edib vaxtı bildirərik”,-dedi. Mən də problem olmadığını bildirdim. Sonra zəng edib, "Filan yerə gələ bilərsiniz”,-dedi. Mən də etiket norması olduğunu, onların mənimlə görüşmək istədiyini və öz ünvanımı dedim. Qapımın üzlərinə açıq olduğunu bildirdim".

Partiya sədri deyib ki, KTN-in cinayətləri barədə materialları Respublika Prokurorluğuna göndərəcək:

"Biz onların cinayətlərinin hamısını dayanmadan Respublika Prokurorluğuna göndərərik, gedib oraya cavab verərələr. Hesab edirlər ki, Respublika Prokurorluğu susur, ölkədə korrupsiya mühiti var deyə, bizim dediyimiz faktların üzərindən keçiləcək?! İqbal Ağazadə çıxış edəndən sonra gübrədən aldıqları 8 manat pulu niyə yığışdırdılar?”.

Siyasətçi heyvanların şişirdilmiş qiymətləri ilə bağlı dediyi sözlərin də sənədə əsaslandığını diqqətə çatdırıb:

"Heyvanlarla bağlı dediklərimin əsassız olduğunu iddia edirlər. Ortada sənədlər var. Fermerlərdən soruşun, onların sənədləri var, baxın görün, inəyi neçəyə alırlar. Burada arqumentsizlik mümkün deyil. Adam 6 700 manata inək alıb. Onun da 60 faizini dövlət ödəyir. Maşın almırlar, matoru filan yoxdur, inəkdir bu, inək. Simmental cinsli Avstriya inəklərindən söhbət gedir”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər