Gündəm

Azərbaycan və Türkiyə icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək
 
 
 
 
 
 
 
 

 

 
 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə işçi görüş keçirilib. 

Agentlikdən APA-ya bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə hər iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Fəaliyyət Planının icbari tibbi sığorta ilə bağlı müddəaları, habelə icbari tibbi sığorta sahəsində ehtiyaclara uyğun əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edək ki, Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılıb.

Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri Muhiddin Şahin  bildirib ki, aparılmış səhiyyə islahatlarının nəticəsi olaraq bu gün Türkiyənin universal tibbi sığorta sistemi dünyanın ən ön sıralarında qərarlaşıb: "Hazırda əhalinin 99.5%-i universal tibbi sığorta ilə əhatə olunur.”

Sosial Müdafiə Qurumunun əməkdaşı Amine Yücedal Qurumun fəaliyyəti, strukturu, ölkəsində universal tibbi sığorta ilə əhatə olunan şəxslər, sığorta haqlarının məbləği və səhiyyə sistemi haqqında digər məlumatları iştirakçıların diqqətinə çatdırıb: "Məqsədimiz maliyyələşən tibbi xidmətlərin həcmini artırmaq, onların bərabər, ədalətli və əlçatan olmasına nəzarət etmək, həmçinin resurslardan səmərəli və effektiv istifadə edilməsini təmin etməkdir”.

Agentliyin Tibbi iddialar departamentinin  rəhbəri Vüqar Qurbanov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında ətraflı məlumat verib: "Hazırda ölkə əhalisinin özündə 2550-i tibbi xidməti birləşdirən Xidmətlər Zərfindən yararlanması üçün bərabər imkanların yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Məqsədimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Əminik ki, bu sahədə böyük uğurlar əldə etmiş dost-qardaş ölkənin təcrübəsindən faydalana biləcəyik”.

Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin maliyyələşməsini yeni iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaqdır. A.Nəsirov, icbari tibbi sığorta sahəsində əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib: "Agentlik ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır”. 

Görüş əməkdaşlığın genişləndirilməsi üçün hər iki qurum arasında işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi razılığı ilə yekunlaşıb.

 

 
1 / 2
 
 
 
 

 

Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər