Gündəm


"Suyun qiymətinin artmasını gündəmdən çıxarmaq üçün heç kəs komandasının böyük hissəsini tənqid etməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin AzTV-yə müsahibəsində bir sıra yüksək dövlət məmurlarını sərt tənqid etməsinə münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, prezidentin bu çıxışı heç bir halda suyun qiymətinin artırılması ilə bağlı müzakirələri gündəmdən çıxarmaq anlamına gəlməməlidir:

"İdda edirlər ki, prezident suyun bahalaşmasının gündəmdən düşməsi üçün belə bir çıxış edib. Mən belə düşünmürəm. Prezident iqtidar komandasındakı məmurların 60 faizindən çoxunu tənqid etdi. Suyun qiymətinin artmasını gündəmdən çıxarmaq üçün heç kəs komandasının böyük hissəsini tənqid etməz.

İlham Əliyev səsləndirdiyi tənqidlərində tam haqlı idi. Adları çəkilən məmurların Bakıda və Azərbaycanın digər rayonlarında hansı oyunlardan çıxdıqlarını xalq bilir. Nəhəng ərazilərin hasarlanmasını da, oğurluqları da görür.

Prezident bu tənqidlərilə bir daha göstərdi ki, ölkədə baş verənlərdən xəbərdardır. O, məmurların tanış "taktika”larının Şuşa üçün də planlaşdırıldığını, Şuşanın de-fakto daxildəki acgözlər tərəfindən işğalı uğrunda mübarizə getdiyini aşkara çıxardı.

Eyni zamanda, prezident bütün bunları ictimailəşdirməklə, xalqdan dəstəyinə güvəndiyini nümayiş etdirdi. Yəni ictimai dəstəyi təmin edən prezident prezident islahatları daha rahat şəkildə apara bilər.

Prezident çıxışında vurğuladı ki, Şuşa cəmi 300 hektar ərazidə yerləşir. Demək istədi ki, ay acgözlər, şəhərin ərazisi cəmi 300 hektardır, bura sizin üçün Bakı və ya digər yerlər deyil”.

Partiya sədri qeyd edib ki, prezidentin bu tənqidlərindən sonra o məmurların hamısının vəzifədən uzaqlaşdırılması çox arzuolunandır:

"O məmurlarla bağlı cinayət işləri açılmalıdır. Prezident özü də bildirdi ki, orada qanunsuzluq, özbaşınalıq olmayacaq. Bu o deməkdir ki, prezident digər ərazilərdə məmurlar tərəfindən qanunsuzluğa, özbaşınalığa yol verildiyini bilir.

Ona görə də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətə başlamalıdırlar. Ancaq proqnozlaşdırmaq olmur ki, prezidentin o çıxışından sonra kimlərsə işdən çıxarılacaq, ya yox”.

Qarabağda bərpa-quruculuq işlərinin necə aparılacağı haqda isə Tural Abbaslı bunları deyib:

"Prezidentin çıxışından bəlli oldu ki, hakimiyyətin Qarabağın bərpası üzrə konkret planı var. Bu, müsbət haldır. İstərdim ki, prosesdə xalqın iştirakı bu və ya digər formada təmin olunsun. Xalq bu prosesdən kənarda saxlanılmamalıdır.

İşğaldan azad edilmiş ərazilərin bərpasını ümumxalq iməcliyinə çevirmək lazımdır. Hər şəxs o işlərdə özünün payını, əziyyətini görmək istəyər”

Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər