Gündəm

Ramiz Mehdiyev və daha kimlər? — Prezident yaşı 70-i ötənləri istefaya ÇAĞIRDI
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

"Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.


MUMTV.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.


Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: 


"Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

 

Image result for İlham Əliyev Əli Həsənovu


Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: 


"Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

 

Image result for İlham Əliyev Hacıbala Abutalıbovu


Qeyd edək ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi.  


O, yeni  Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirmişdi.


"Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”, – Prezident bəyan etmişdi.

 

Image result for İlham Əliyev Ramiz Mehdiyev


Dövlət başçısı oxşar fikirləri bundan əvvəl keçirdiyi müşavirələrdə, görüşlərində də açıqlayıb. Ancaq bu gün Prezidentin iqtidar komandasında təmsil olunan yaşlı məmurlara daha açıq mesaj verdiyini söyləyə bilərik. Dövlət başçısı həm Hacıbala Abutalıbovla, həm də Əli Həsənovla görüşdə daha gənc nəslə yol vermək lazım olduğunu bildirib. Eyni zamanda yaşlı məmurları adıçəkilən şəxslərdən nümunə götürərək, istefa verməyə dəvət edib.  Prezident bu zaman kimləri nəzərdə tutduğunu da gizlətməyib – yaşı 70-i keçənləri!


"70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – deyə Prezident bir daha nəzakətlə iqtidardakl yaşlı məmurlara postlarını boşaltmağın vaxtının çatdığını xatırladıb.

 

Image result for YAP-ın qurultayı


Onların kimliyi, başda Prezident Administrasiyasının 82 yaşlı başçısı Ramiz Mehdiyev olmaqla, əlbəttə, məlumdur. Hakim komandanın tərkibində yaşı 70-i keçənləri müəyyənləşdirmək elə də çətin deyil.


Maraqlıdır ki, onlar Prezidentin bu dəvətini qəbul edərək könüllü istefaya gedəcəklər, yoxsa işdan çıxarılmalarını gözləyəcəklər?


Bunu yaxın günlərdə görəcəyik…(Azpolitika.info)


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər