Gündəm

Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açılacaq?
 
 
 
 
 
 
 
 
 

 
 
 

 
 

Sentyabrın 1-dən  Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.

Bu ay  boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

"MUMTV.az" bildirir ki, mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub:

"Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir.  Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk.  İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə  keçiririk.  Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər”. 

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir:

"Məhərrəmlik ayı boyunca qan çıxarmaq, özünə xəsarət yetirmək də artıq bu yolla aradan itir. Bütün dünya da görür ki, Azərbaycan tolerantdır və ənənə, dəyərlər hər zaman qorunur. Şeyx həzrətləri hər zaman Məhərrəmlik ayı  öncəsi toplantı edir, Elmi-Dini Şura, Qazılər Şurası toplanır və bütün axundlara bu barədə göstərişlər verilir. Biz bir qayda olaraq bölgələrdəki din xadimləri ilə saxlayırıq. Onları da qanvermə akiyasına cəlb edir, özünə xəsarət yetirmədən qaçındırırıq”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, özünə xəsarət yetirməyə görə faktla bağlı cinayət işi qaldırıla bilər.

"Cinayət işi açılsa belə, həmin şəxsə qarşı hər hansı bir cəza tətbiq edilmir və məsələyə xitam verilir. Çünki subyekt özü-özünə xəsarət yetirir. Dini baxımdan yanaşsaq, heç bir dində də özünə xəsarət düzgün hal hesab eilmir. Ümumiyyətlə,  ictimai yerlərdə özünə ziyan yetirmək qadağan olunmalıdır. Çünki bu hal ətrafdakı insanlarda da həvəs yaradır və ümumi vəziyyəti gərginləşdirir. Gələcəkdə ictimai  yerlərdə bu cür halların məhdudlaşdırılması kimi qanunun qəbul edilməsi gözlənilə bilər”./Yenisabah.az


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər