Gündəm

 Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti  -Video

 

 

 


İnsanlar müxtəlif səbəblərdən kövrəlirlər. Bəzən isə tamamilə səbəbsiz yerə kövrəldiyimiz anlarımız olur. Sizə təqdim edəcəyimiz sujetimiz isə əsaslı yerə kövrəlməyinizə səbəb olacaq.


"DoğruXeber.az” redaksiyası olaraq axtarıb-araşdırıb Qarabağ müharibəsinin könüllü iştirakçısı Qəhraman bəyi tapdıq. Biz tapdıq tapmasına, amma necə tapdıq siz də hali olun.

Qəhraman Ağdam rayon Gülalı kəndinin sakinidir. Qaçqınlıq həyatı başlamazdan öncə evində-ocağında ailəsi ilə xoşbəxt yaşayırdı. Müharibə başlananda qeyrəti onu könüllü olaraq cəbhəyə yollanmağa məcbur etdi. Dörd il səngərdə ermənilərlə üz-üzə dayandı. Məmur övladları kimi can qorxusundan vətəni atıb, xaricdə havadarlarının çətiri altında gizlənmədi.  Nəhayət, taleyin qaçılmaz yükü ilə qaçqınlar köçünə qoşulub Bakıya köçdü. Suraxanı rayonunda məskunlaşıb, ailəsini başına topladı. Az tapdı az yedi, çox tapdı çox yedi, taleyin yükünə sitəm edib, köməklik üçün qapılar dolanmadı. Ocağında vətənə laiq halal övladlar tərbiyə edib, vətənini, həsrət qaldığı Ağdamını sevdirdi. Bir gün elinə, obasına dönəcəyi günü gözlədi. Lakin həyatının "şıltaq zarafat”ı bu dəfə də sağlamlığı ilə onu sınağa çəkdi. Bir il əvvəl xəstəliyə tutulmuş Qəhraman hərəkət qabiliyyətini itirib yatağa məhkum oldu. Bir qolu və ayaqları hərəkətdən tamamilə qaldı. Bununla bağlı dəfələrlə həkimlərə müraciət etsə də hər biri ayrı-ayrı diaqnozlar təyin etdilər. Nəhayət, Qəhramanın sağlığına qovuşmasının  əməliyyat  vasitəsi ilə mümkün olunması qərarı verildi. Əməliyyat üçünsə 5000 manat vəsait tələb olunur. Əslində bu məbləğ  məmurların bir naharına sərf olunan vəsaitdən qat-qat az olsa da keçmiş könüllü döyüşçü üçün əlçatmaz hesab olunur.

 

Biz Qəhraman bəydən keçmiş döyüşçü kimi, eləcə də  Ağdam rayon məcburi köçkünü kimi  rayonun İcra Başçısı Həsənov Vaqifin və ya Ağdam rayon millət vəkilinin qəbulunda olub-olmadığını soruşduqda utana-utana başını bulayıb,”yox” dedi. Səbəbini isə:- "Mən kişiyəm.Kişi kimsəyə əl açıb, imdad diləməz”. Bu sözləri söyləyən Qəhraman bəy nə qədər çalışsa da göz yaşlarına hakim ola bilmədi. Keçmiş döyüşçünün ürək dağlayan bu halı bizləri də kövrəltdi.

 

Qüruruna boğulub  Ağdam Rayon İcra Başçısının və ya deputatının qapısını döyməyən Qəhraman bəyi başa düşdük. Bəs yurdundan-yuvasından didərgin düşüb müxtəlif yerlərdə yenidən həyata tutunmaya çalışan kövrək qəlbli həssas sakinləri ilə maraqlanmayan başçının , deputatın biganəliyinə hansı donu geyindirək? Nə yazıq ki, onların laqeydliklərinə  hansı ölçüdə "libas” biçməyə çalışsaq da yenə də çılpaq həqiqətlərinin ayıbını örtə bilmədi. Qəhraman bəyin  bəlkədə qəlbində onların köməyinə inanacaq bir ümid var. Biz isə onlardan ümidimizi kəsib xeyirxah xalqımıza ümid edirik ki, keçmiş döyüşçüyə kömək edib, ayağa qalxması üçün dəstək olacaqlar.  

 

"DoğruXeber.az”


Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər