Gündəm
Gündəm / Hadisə
DİN-dən XƏBƏRDARLIQ: Bu SMS-lərə ALDANMAYIN!
Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.
Mumtv.az BiG.AZ-a istinadən xəbər verir ki, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.
"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda, cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.