Gündəm

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatları prezidenti cənab Donald Trampa məktubla müraciət edib.

Qafqaz Müsəlmanları İdarəsindən APA -ya verilən məlumata görə, məktubda deyilir:

"Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri olaraq, cənabınıza və bütün Amerika xalqına salamlarımı və xeyir-dualarımı yetirirəm.

 

Uca Yaradanın Lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır.

Dünyamızın çətin sınaqlarla sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla mübarizə ciddi və uğurla aparılır, eyni zamanda, beynəlxalq müstəvidə humanitar yardımlaşmaya, xarici ölkələrə zəruri köməkliklər edilməsinə böyük diqqət verilir. Fəqət bu gün dünya miqyaslı virus fəlakəti zamanında bizimlə qonşu olan İran xalqı ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum qalmış, qocalar və uşaqlar amansız xəstəlik qarşısında ölümə tərk edilmişdir. Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir. Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar.

Zati-aliləri! Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır. Mən ümid edirəm ki, dünya dindarlarının müqəddəs bayramları Pesax və Pasxa dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində Siz şəxsinizə xas olan alicənablıqla müraciətimizə müsbət yanaşacaq, verdiyiniz ali qərarla böyük bir insani fəlakətin aradan qaldırılmasına imza atmış olacaqsınız. Bu, bütün dindarların ümidi və bəşəri sülh üçün etdiyi dualardır"

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər