Gündəm

Şeyxin sədəqə monopoliyası... -

QMİ nə aclar üçün yemək, nə də evsizlər üçün gecələmə yeri təşkil edir

İslam da daxil olmaqla, bütün dinlər yer üzündəki canlılara, çətinə düşənlərə, evsizlərə, xəstələrə mərhəmətli olmağı aşılayır. Hətta "Quran” ayəsində hər bir müsəlmanın zəkat (sədəqə vergisi) ödəməsinin vacibliyi ilə bağlı "Namaz qılın və zəkat verin" deyə buyurulur.

Düzdür, Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya uyğun olaraq, əhalinin rifahından birbaşa dövlət qurumları cavabdehdir. Ancaq bu, dini qurumların yardımlar etməsinə, xeyriyyəçiliklə məşğul olmasına mane olmur.

Beləliklə, Avropada kilsələr dövlətlə birlikdə kasıblara kömək edir. Bu yardım, əsasən yoxsullar üçün sığınacaqların tikilməsi və onlara ərzaq yardımının göstərilməsində özünü biruzə verir.

Azərbaycanda da xristian kilsələri xeyriyyə işləri ilə məşğuldur. Bakıdakı katolik kilsəsinin yepiskopu Vladimir Feketin AYNA-ya dediyinə görə, əvvəllər kilsədə yeməyə ehtiyac olanlar üçün nahar təşkil edilirdi: "Bundan əlavə, onların arasında təkcə bizim dinə qulluq edənlər deyil, həm də digər qaçqın və məcburi köçkünlər də olurdu. Bu gün isə biz artıq nahar yeməyi təşkil etmirik, ancaq ərzağa ehtiyacı olanlara, kömək istəyənlərə yardım edirik. Bizdən sığınacaq istəyənləri isə, bizim gecələmək üçün xüsusi hazırlanmış yerimizə göndəririk. Hazırda orada 25 evsiz insan var”.

Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin nümayəndəsi Konstantin Pominovun sözlərinə görə isə, əvvəllər kilsələr ehtiyac sahibləri üçün yemək təşkil edirdi: "Ancaq bu gün bütün kilsələrimizdə aparılan təmir işləri ilə əlaqədar yeməkləri məhdudlaşdırmaq məcburiyyətində qalırıq. Yeməklər yalnız Mixaylov adına Kilsədə təşkil edilir”.

Qeyd etmək lazımdır ki, həm pravoslav, həm də katolik kilsələrinin əsas gəlir mənbəyi dindarlardan gələn ianələrdir.

Bəs məscidlərimiz yeməyə, gecələməyə ehtiyacı olan insanlar üçün hansı şəraiti yaradır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AYNA-ya bildirildi ki, onlarda nə aclar üçün yemək, nə də evsizlər üçün gecələmə yeri var.

Buna baxmayaraq, hər məsciddə bir "nəzir qutusu" mövcuddur. Təəssüf ki, QMİ-dən "nəzir qutularına” yığılan pulların hara xərcləndiyi barədə sualımıza cavab ala bilmədik.

"İlahiyyat” məscidi kimi tanınan məsciddən öyrəndik ki, burada da qeyd olunan yardımlar mövcud deyil: "Yemək təşkil etmirik, evsizlər isə məscidimizdə gecələyə bilməzlər. Ancaq bacardığımız qədər ehtiyacı olanlara kömək edirik”.

Sultanəli məscidinin imamı Mirrasim Seyidovun sözlərinə görə, məscidə gələnlərin sayı çox azdır, bu səbəbdən ehtiyacı olanlara yemək paylaya bilmirlər: "Evsizlərə gecəni məsciddə keçirməyə icazə verə bilmərik. Təhlükəlidir - evsiz bir adam yanğın da törədə bilər”.

İlahiyyatçı Vüsal Hətəmov AYNA əməkdaşı ilə söhbətində deyib ki, İslam dininə görə, məscidlər kimsəsizlərə və ehtiyacı olanlara kömək etməyə borcludur: "Hər bir evsiz insanın gecəni məsciddə keçirmək haqqı var. Ancaq təəssüf ki, bunu edən yoxdur”.

Ekspertin fikrincə, hər məsciddə xeyriyyə fondu yaradılmalıdır: ""Nəzir qutusunda” toplanan pullar bu fonda keçməlidir. Bu fondun fəaliyyətinə axund və ya imam deyil, qeyri-hökumət qurumları və yerli bələdiyyələr nəzarət etməlidir. Əks təqdirdə, bu fondda yığılan pullar mənimsənilə bilər”.

İctimaiyyət uzun müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsindən "nəzir qutusuna” toplanan vəsaitin hara və necə xərclənməsinin açıqlanmasını tələb edir. Bundan əlavə, nəzir dini icmaların yeganə gəlir mənbəyi deyil. Bu sahəyə hər il Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrılır. Sonuncu dəfə 24 may 2019-cu ildə 2 milyon manat ayrılıb.

Son xəbərlər

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bütün xəbərlər