Gündəm

Ermənilərin Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı irəli sürdüyü bütün iddiaların heç bir əsası olmadığı kimi, bu torpaqların bütün beynəlxalq birlik tərəfindən məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması da şübhəsizdir. Və bu faktla bütün dünya ölkələrinin liderləri kimi, keçmiş SSRİ rəhbərliyi də hesablaşıb.

"Mumtv"nin məlumatına görə, Qarabağdakı fitnə-fəsadların və Bakıda törədilən 20 yanvar qırğınlarının əsas baiskarlarından biri olan SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun özü də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib. Onun 1991-ci ilin 14 mart tarixində SSRİ Mərkəzi Televiziyasında efirə gedən "Vremya” proqramında səsləndirilən müraciəti üzə çıxıb. Müraciətin efirə verildiyi veriliş Qorbaçovun "Azərbaycan xalqına və Dağlıq Qarabağ sakinlərinə müraciəti” ifadəsilə başlayır. Bu müraciətdə açıq şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir!” deyə bildirilir və sülhə nail olmağın vacibliyi söylənilir.

Təqdim etdiyimiz bu video bir daha ermənilərin nə tarixi, nə hüquqi, nə də mənəvi baxımdan Dağlıq Qarabağa sahiblənmək hüququna malik olmadıqlarını təsdiqləyən növbəti faktdır. Qorbaçovun həmin müraciətini olduğu kimi təqdim edirik: "Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insan tələfatları ilə nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağ torpağında sülh yoxdur. Silahlar səsləri eşidilir, insanlar ölür, qarşılıqlı uzlaşa bilməmə müşahidə olunur. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamlardan ibarət zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.

Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil...”./AzPolitiika.info

 


 


 

 

 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər