Gündəm

 
"Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda oynayan albaniyalı müdafiəçi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

- Müəyyən müddətdir ölkəmizdən ayrılmısız. Azərbaycan futbolunu hələ də izləyirsiniz?

- Premyer Liqanı həmişə diqqətdə saxlayıram. Halbuki ABŞ və Azərbaycan arasında saat fərqi böyükdür. Lakin istənilən halda, "Qarabağ"ın çempionatdakı hər oyununu izləyirəm. Futbolda heç vaxt heç nə asan olmur. Bu mövsüm də "Qarabağ" çox möhkəm komandadır. Onlar hələ də liqada dominantlıq edirlər. Bu da sevindirici haldır.

 

- Onda "Qarabağ"ı çempionatda lider kimi görmək yəqin sizin üçün təəccüblü deyil. Necə düşünürsünüz, sabiq komandanızı cari mövsümdə də çempionu saymaq olar?

- Məncə, hər kəs "Qarabağ"ın bu mövsüm də çempion olacağını düşünür. Lakin futbolda hər şey ola bilər. "Qarabağ" üçün əsas məsələ stabil olmalarıdır.

- Ağdam təmsilçisi son altı mövsümün qızıl medalçısıdır. Sizcə, onların hegemonluğunun sirri nədədir?

- "Qarabağ"ın ritmini tutmaq asan məsələ deyil, burada bir çox amillər var. Baş məşqçi Qurban Qurbanov komandanın daxilində qalib təfəkkürü yaradıb. İkincisi, kollektivdə gözəl nizam-intizam var. Həmçinin, Qurban Qurbanovun böyük səbir və çalışqanlığı sayəsində qurduğu sistem var. Bu sıraya futbolçuları əlavə edərdim. Bu komandada 6-7 oyunçu var ki, ardıcıl çempionluqlar qazanıblar. Onlar həm ölkə daxilində, həm də xaricdəki oyunlarda böyük təcrübə də yığıblar. Üstəlik, "Qarabağ"ın heyətində liqada hər mövqe üzrə ən yaxşı oyunçular oynayır. Hətta ehtiyat oyunçular skamyası da güclülərdən ibarətdir. Bu da önəmlidir. Kluba dəstək də rol oynayır. Orada mükəmməl insanlar çalışır. "Qarabağ”ın sahibindən tutmuş idman direktoru, menecer, klubda hər kəsi qeyd edərdim. Hamısı da komanda üçün var qüvvəsi ilə çalışan məşqçilərə dəstəkdir. Bütün bunlar onların çox güclü olmasına gətirib çıxarır və digər klubların "Qarabağ"a meydan oxumasına imkan vermir.

- "Qarabağ" və Azərbaycan futbolu üçün darıxdığınız vaxtlar olur?

- Həm "Qarabağ", həm də Azərbaycan üçün darıxıram. Həyatımın ən yaxşı vaxtlarından müəyyən hissəsini ölkənizdə yaxşı insanlarla keçirmişəm. Komanda, klubda çalışdığım insanlar və Qurban Qurbanov üçün darıxıram. "Qarabağ" hər zaman ürəyimdədir və ömürboyu da belə qalacaq.

- Sizdən sonra "Qarabağ"da uzun illər oynamış Riçard Almeyda və Dani Kintana da komandanı tərk etdilər. Onların gedişi Azərbaycan çempionunun oyununa nə dərəcədə təsir göstərəcək?

- Riçard və Daninin "Qarabağ"dan ayrılması yaxşı xəbər deyildi. Hər ikisi uzun illər bu komanda üçün oynadılar və onların gedişilə razılaşmaq asan deyil. Amma özləri belə bir qərara gəldiyindən bu haqda yaxşı və ya pis nəsə deyə bilmərəm. Həm Riçarda, həm də Daniyə hər zaman uğurlu karyera arzulayıram.

- Azərbaycan milli komandasının forvardı Rüfət Dadaşov ABŞ-ın "Finiks Rizinq" klubuna keçib. O, ABŞ-da uğurlu çıxış edə bilər?

- Rüfəti tanıyıram, o, istedadlıdır. ABŞ-a gəldiyinə görə də şadam. Burada futbol hər il inkişaf edir, Rüfətə də inkişaf üçün şans yaranıb. Burada uzun illər qalmasını istəyərdim. Daima oynaması üçün yaxşı durumda olmalıdır və məncə, o, bu şansı dəyərləndirəcək. Burada daima meydanda olması Azərbaycan millisi üçün də yaxşıdır.

Son xəbərlər

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Bütün xəbərlər