Gündəm

FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb

 

"Badamdardakı sürüşmə sahəsində 2018-ci ildə yenidən aktivləşmə baş verib. Buna səbəb kanalizasiya sularının və digər suların təsirindən yeraltı suların səviyyəsinin qalxmasıdır”. 

Bunu Badamdardakı sürüşmə ilə bağlı APA-ya açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitunun Geoloji şöbəsinin rəisi Samir Vəliyev bildirib. O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Yaponiyanın "Shinyei Kaisha” və "Oyo corporation” şirkətlərinin əməkdaşları ilə birlikdə həmin ərazidə yenidən tədqiqat işləri aparıb və müvafiq layihə işləri həyata keçirib: 

 

"Layihə işlərinə əsasən, yamacın qaş hissəsindən yuxarıda diametri 3,5, dərinliyi 30 metr olmaqla dərin drenaj quyuları qazılmalı idi. Bundan sonra layihəyə uyğun olaraq həmin quyuların içərisində 5-7 dərəcə bucaq altında, uzunluğu 40-50 m olan 75 mm dərinlikdə drenaj quyuları qazılaraq həmin ərazidən yeraltı suların kənarlaşdırılması, təbii axın təşkil ediləcək. Son zamanlar isə ərazidə atmosfer çöküntülərinin artması, yenə də kanalizasiya sularından olan sızmalar hesabına kütlə üzərində müəyyən uçqunlar əmələ gəlib. Bu səbəbdən də layihənin həyata keçirilməsi ləngiyib”. 

Samir Vəliyev deyib ki, qazılacaq quyular üçün lazım olan ləvazimatlar Yaponiyadan sifariş olunub:

"Çünki quyular qazıldıqda insan təhlükəsizliyi baxımından bərkitmə işləri aparılmalıdır. Sifarişin mart ayının əvvəlində gəlməsi planlaşdırılır. Bu ləvazimatlar gəldikdən sonra həmin drenaj quyularının qazılması həyata keçiriləcək. Layihə əsasında sürüşmə sahəsi üzərində 1:1 nisbətində terraslar yaradılacaq, sürüşmə kütləsində artıq yüklər sahədən kənarlaşdırılacaq və üzərində ankerləmə işləri aparılmaqla 15 sm qalınlığında beton təbəqə töküləcək. Bununla da sürüşmə sahəsində dayanıqlıq təmin edilmiş olacaq”. 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər