Gündəm

 
 “Birbaşa təhlükə mənbəyidir” -Bakıda bu binalarda yaşayanların nəzərinə
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycan şəhərlərindəki çoxmənzilli binalara əlavə olunan eyvanlar sakinlərimiz üçün adi hala çevrilib. Xüsusilə, belə uzantılara Sovet dövrünün evlərində rast gəlinir. Ancaq bu gün damında layihə ilə nəzərdə tutulmamış əlavə mərtəbələrin tikildiyi tamamilə, insanların məskunlaşdığı hündürmərtəbəli binalar da (yeni tikililər) qarşımıza çıxır. 

Bəs görəsən, həm eyvanların uzadılması, həm də əlavə mərtəbələrin inşası ilə bağlı qanunda nələr əksini tapıb? Bunun hansı cəzası var? Ümumiyyətlə, hansı hallarda binanın layihəsində dəyişiklik etməyə yol verilir? 

Bununla bağlı "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovla əlaqə saxladıq. "Yeni Sabah”a danışan N.İbrahimov bildirib ki, eyvan uzatmaları və əlavə mənzil inşası bəzi tələblərə uyğun gələrsə, o zaman tərtib edilmiş layihədə dəyişiklik etmək olar:

"Dünyada belədir ki, həmin evlərdə hər hansı konstruktiv dəyişikliklər etmək üçün onun layihə-tikinti sənədlərində də dəyişiklik etmək lazımdır. Yəni, memar layihəni işləməmişdən öncə, onun ağırlıqgötürmə imkanlarını ölçür, konstruktiv elementlərinə baxır, yükgötürmə qabiliyyətini hesablayır, torpağın tərkibini yoxlayır. Öyrənir ki, ağırlıqgötürmənin maksimum imkanları nədir. Bundan sonra konstruktiv imkanlarında dəyişiklik edə bilər. 

Bu dəyişikliklər zamanı əlavə bərkitmə işləri də nəzərdə tutulur. Yəni, bunun qanuni həlli yolları belədir. Memar layihəni yenidən işləyəndən sonra onu vahid icra qrumlarında təsdiqlətməlidir. Həm, Fövqəladə Hallar Nazirliyində, həm Şəhərsalma və Arxitektura Komitəsi... 

Əgər bunlar icra edilmədən, tikintilər davam etdirilirsə, bu birbaşa təhlükə mənbəyi sayılır. Bunun üçün normal ölkələrdə inzibati tənbeh, cərimə və yaxud hər hansı başqa cəza tədbiri görülür. Beləliklə, tikilən ev sahibin öz hesabına əvvəlki vəziyyətinə qaytarılır”. 

Xatırladaq ki, 2015-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət” şöbəsi Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcəyi ilə bağlı məlumat yaymışdı. Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq söküldüyü qeyd edilmişdi. Ərazidə aparılan abadlıq işlərilə bağlı Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A. Ağayev küçəsində abadlıq işləri aparılmışdı. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülmüşdü. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılmışdı. Bildirilmişdi ki, artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmaz.

Qrumdan bildirilmişdi ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq: "Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər