Gündəm

Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında bir-birinin ardınca baş vermiş əsgər ölümləri, intiharlar cəmiyyətdə ciddi narazılıq doğurur. Mumtv erməni KİV-lərinə istinadən xəbər verir ki, belə insidentlərdən biri zamanı-2019-cu il dekabrın 2-də öldürülən 21 yaşlı hərbi qulluqçu, milliyətcə yezid olan Artur Acamyanın babası qətlin üstünün açılmamasına etiraz olaraq dəmiryolunu bağlamağa hazırlaşır.

Xativ Acamyan deyir ki,baş nazir Nikol Paşinyanın onlara verdiyi vədlərə baxmayaraq istintaqda hər hansı ciddi irəliləyiş müşahidə olunmur.

"O da Andranik Köçəryan kimi (parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri) məni yumşaqca başından elədi. İnsident günündə digər hərbçi David Melikbekyan da güllə yarası alıb. Bu günə qədər onun valideyinləri ilə görüşə bilməmişik. Deyirlər David komadadır, anası isə əlaqəyə çıxmır”,-o bildirib.

Acamyan deyir ki, müstəntiq onun nəvəsinin vurulduğu silahın üstündə Arturla yanaşı daha üç nəfərin əl izinin olduğunu deyib, amma adları açıqlamayıb. "Postada yeddi nəfər olublar. Onlardan biri ölüb, digəri yaralanıb. Beşi sağdır. Bəyəm bu beş əsgər bilmir ki, kim kimə atəş açdı?”,-o deyib.

İstintaq Komitəsi bildirir ki, insident zamanı yaralanan Melikbekyanı dindirmək hələ mümkün olmayıb. İş üzrə şübhəli şəxs isə yoxdur.

"Biz bu işin üstünü açmağı vəd etmişdilər. Əgər açmasalar biz dəmir yol xəttini bağlayacağıq. Yezidi kürd icması qalxmır, çünki onların qarşısında mən dayanmışam, icazə vermirəm. Bir neçə gün əvvəl yenə bir əsgəri öldürdülər, yenə həmin versiyanı irəli sürdülər-intihar. İnsanlar çıxdı, müdafiə naziri Tonoyan xahiş etdi, dedi: əgər meyiti qaytarıb aparmasanız istefa verəcəm  (fevralın 2-də Qarabağda ölən əsgərin yaxınları etiraz olaraq onun meyitini Yerevana aparmağa cəhd etmişdi,-red.). Mən də hər şeyə hazıram, meyiti çıxardacam və Yerevanın mərkəzi meydanına aparacam”,-yezidi kürd bildirib.

Arturun babası deyir ki, onun nəvəsinin başına gələnlər nə birincidir, nə sonuncu. Onun sözlərinə görə, orduda intizam yoxdur. Orada vəziyyət həbsxanadan da betərdir.../Virtualaz.org 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər