Gündəm

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Məlumdur ki, bir neçə gündür Bakıya arabir yağan yağışlar Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla, paytaxt rayonlarının rəhbərlərinin dövlət büdcəsi hesabına güya gördükləri işləri tam şəffaf şəkildə ortaya çıxarır.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl, Sabunçu rayonu ərazisində Yerləşən avtomobil keçid tunelinə yığılan suların iki can aldığı barədə məlumat vermişdik. Bakı şəhər İcra hakimiyyətinin norma olaraq qəbul etdiyi ölçüdən (normadan) artıq yağan yağışların iki can alması xəbəri sosial şəbəkələrdə vətəndaşlar tərəfindən şiddətlə qınandı. Bundan sonra isə aidiyyatı qurumlar dərhal "sudan quru çıxmaq planı"nın icrasına başladılar. Belə ki, FHN əməkdaşlarının yardım cəhdlərininin görüntüləri sosial şəbəkələrdə yayımlanaraq, açıqlama bölməsində rəhmətliklər öz ölümlərində özləri günahlandırıldı.

Vəssəlam... Bununla da ara sakitləşdi. Deyəsən, cəmi bir neçə saatlıq yağışın üzünü qara etdiyi qurum rəhbərləri vəziyyəti öz leyhlərinə dəyişməyi bacarmışdılar.

Tfu... Lənət şeytana...

Budur, bu gün səhər daha bir neçə dəqiqə yağış yağdı. Deyəsən, Eldar Əzizov demişkən bu dəfə də normadan artıq yağan yağışlar Adil Vəliyevin "üzünü qaraltdı". Belə ki, Sabunçu rayonunun müxtəlif ərazilərində yaşayan gənc sakinləri evdən çölə çıxmaq imkanları olmadığından, hərəsi bir yandan öz evinin pəncərəsindən tik-tok sosial şəbəkəsində canlı yayımlar açıblar.

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Bu məlumat hər kəsi təəccübləndirəcək - FOTO

Sabunçu dəmiryolu vağzalının ətrafı, "Ramanı-Zafxoz" deyilən ərazilərin hazırkı görüntüləri qanunsuz tikintilər və qanunsuz torpaq satışı ilə media gündəmindən düşməyən Sabunçu rayon rəhbərliyinin gördüyü və görmədiyi işlərin aşkar göstəricisidir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl sözügedən rayonun Qambay Vəzirov küçəsindəki qanunsuz tikinti ilə bağlı qanuni tədbir görülməsi üçün rayon rəhbərliyinə yenidən rəsmi sorğu göndərdik. Amma, deyəsən, rəhbərliyin başı hazırda İlahi ədalətlə üz-üzə hesabat verməyə qarışdığı üçün cavabı gecikditməkdədir.

Mövzu diqqətimizdədir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Son xəbərlər

Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Bütün xəbərlər