Gündəm
Gündəm / Hadisə / Dünya
Qasırğalar ABŞ-yə milyonlarla dollara başa gəldi
Amerika administrasiyası "Milton" və "Helen" qasırğalarının təsirinə məruz qalan ştatlarda onların nəticələrini aradan qaldırmaq üçün 612 milyon dollar ayırır.
"MUMtv.az" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Floridada çıxışı zamanı bildirib.
“Cəmi bir neçə gün ərzində 2 milyondan çox insana elektrik enerjisi bərpa olundu və 43 ştatda və Kanadada on minlərlə kommunal xidmət işçisi dayanmadan işləyirş Bu gün qürurla elan edirəm "Helen" və "Milton" qasırğalarından zərər çəkmiş icmaları dəstəkləmək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrılıb”, - deyə dövlət başçısı qeyd edib.