Gündəm
Gündəm
Elektron siqaret yeniyetmənin ağzında partladı
17 yaşlı yeniyetmə elektron siqaret çəkərkən ağız içində partlayıb və ağız boşluğunu zədələyib.
Mumtv Milli.Az-a istinadən bildirir ki, hadisə Saratov əyalətində baş verib. Həkimlərin və hadisə şahidlərinin bildirdiyinə görə, oğlan ciddi xəsarət alıb, bütün dişləri dağılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyent üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyat olunub.
Qeyd edək ki, elektron siqaretin partlaması ilə bağlı bu ilk hadisə deyil. Ötən il Permdə daha bir gəncin əlində bu siqaret partlamışdı. Partlamaya səbəb siqaretin batareya akkumulyatoru ilə işləməsidir.
Partladıqda qığılcımdan yanğın da baş verir.