Gündəm

    
 Aygün Süleymanlının səviyyə krizi onun əsil simasını ifşa etdi
 
Görəsən lətifəbaz xanım namizədin əqidəsi hansı meyarlar üzərində formalaşıb?

Nəhayət ki, Aygün Muradxanlı-Süleymanlı özünün əsil simasını indiyədək onu tanımayan seçicilərə də təqdim etdi. Görünür son görüşlərində üzləşdiyi uğursuzluq bu namizədin əsəblərini elə gərginləşdirib ki, heç olmasa Milli Məclisə deputat seçilmək üçün səs istədiyi insanlara hörmət qoyub, ən azından onların qarşısında hansısa ədəb-ərkan qaydalarını gözləməli olduğunu da unudub. Şəxsi "facebook” səhifəsində yerləşdirdiyi yazıda Aygün Süleymanlı nə bir jurnalistə, nə bir deputatlığa namizədə, nə də bir xanıma yaraşdırılmayacaq tərzdə sadəcə onun namizədliyinin əleyhinə yönələn materiallar dərc olunan saytları deyil, həmçinin bir qrup Maştağa seçicilərini təhqir etmiş, Azərbaycan mədəniyyətinə həqarət etmiş və eyni zamanda da Azərbaycan xalqının böyük bir hissəsinin heysiyyatına toxunmuşdur.

Əgər kimsə düşünürsə ki, bu sətirlərin müəllifi məsələni bir qədər şişirdir, sözü gedən yazı səhifədən silinməmiş onu oxumağı təkidlə tövsiyyə edirəm. Nə yazır Aygün Süleymanlı? Gəlin onun ifadələrindən bəzilərini araşdıraq.

1-ci sitat: "Maştağa Mədəniyyət Evində görüş başlamamışdan gördük ki, direktor Tofiq Dadaşov və kənddə "Eldarın nökəri" kimi ad çıxaran dükançı Pərviz şaqqaşaq şəkil şəkirlər.” Kimdir Aygün "xanım”ın belə təhqiramız formada "nökər” damğası vurduğu bu Pərviz? Tam olaraq bilmirik. Amma bildiyimiz budur ki, həmin bu Pərviz Maştağa sakinidir. Deməli, həm də 28 saylı Sabunçu üçüncü Seçki dairəsindən bir seçicidir. Digər tərəfdən isə Pərvizin yəqin ki, ailəsi, Maştağada və ətraf kəndlərdə qohumları, əqrəbası da vardır. Yəni bu insanlar da seçicilərdir. İndi necə bilirsiniz, ailənin bir üzvünün ictimai şəkildə təhqir edilməsi digər üzvlər təsirsiz ötüşə bilərmi? Belə çıxır ki, Aygün Süleymanlı öz hirsini soyutmaq üçün neçə-neçə seçicini təhqir edb.

2-ci sitat: "Biri Eldara "nə gündəsən Niyaməddin" lətifəsini danışsın )))”
Bu lətifəbaz xanımın yumor hissinin hansı səviyyədə olduğunu hələ bir kənara qoyaq. Hansısa ədəbsizin xəstə təxəyyülünün məhsulu olan, kimlərinsə sifarişilə görkəmli sənətkarlarımızdan birini aşağılamaq məqsədilə işlənmiş bir ifadədən Aygün Süleymanlı öz opponentlərinə qarşı əks-arqument kimi yararlanmağa çalışır. Kimi təhqir etdiyinizi sanırsınız Aygün Muradxanlı-Süleymanlı? Opponentinizimi, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş görkəmli sənətkarımı, həmin sənətkarın təltif olunduğu "Şöhrət ordeni”nimi, yoxsa onun yüz minlərlə sayı olan pərəstişkarlarınımı?
Hə, yeri gəlmişkən, eynilə bu "arqument”ə 2010-cu ilin noyabr ayında keçirilmiş Parlament seçkilərində radikal müxalifət təmsilçiləri də müraciət etmişdilər. Köməyi olmadı...

3-cü sitat: "Xəbər”i yayan saytlardan birini də adı lap uzunqulaq səsinə bənzəyir - aia.”
Bəli, aia.az saytı bizə məxsus internet informasiya vasitəsidir. Abreviaturanın açıqlaması isə Azərbaycan İnformasiya Agentliyidir. Aygün Süleymanlı, əgər yenə də qulağınıza o səs gəlirsə, narahat olmayın. Dünyamız ən müxtəlif səslərlə doludur və hər kəs ilk növbədə öz ruhunu oxşayacaq səsləri daha tez seçib eşidir./Sozcu.info


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər